"Bayer"in hücumçusu Viktor Bonifase Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oyunda iştirak edə bilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilib. Bu da o deməkdir ki, Bonifase "Qarabağ"la hər iki oyunu buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest