Azərbaycan millisinin sabiq futbolçusu, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev əməliyyat olunub. Bu barədə matc.az-a keçmiş hücumçu özü məlumat verib. O, vaxtilə çiynində olan mildən əməliyyat keçirdiyini söyləyib:

“Futbol oynadığım vaxtdan, çiynimdə mil var idi. Ağrılar verirdi. Neçə dəfə də yoxlatmışdım, müayinədən keçmişdim, normal görünürdü. Amma ağrılar çox idi. Sonra dərindən yoxlayanda, gördülər ki, gecikdirmişəm. Ciddi problem var. Nə dərəcədə ciddi olduğunu bilmirdim. Sümükdə qaralma, yeyilmə var imiş. Ona görə də, təcili əməliyyat olundum”.

Nəbiyev əməliyyatdan sonraki proseslər barəsində də məlumat verib:

“Əməliyyatdan sonra bir də müayinə olundum, dedilər ki, 2-3 həftə qolu bağlı qalmalıyam, qorumalıyam. Sonra bir daha yoxlanışdan keçməliyəm. Daha sonra son qərar veriləcək. Əslində, əməliyyatın içində əməliyyat olmalı idi. Bilmirəm, nəsə eləmədilər. Görək, xeyirlisi”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest