17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız ikinci görüşündə Rusiya ilə qarşılaşıb.

Oyun Rusiyanın müvafiq yaş qrupunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz turnirdə növbəti matçını fevralın 22-də Özbəkistanın U-18 komandasına qarşı keçirəcək.

Qeyd edək ki, U-17 turnir çərçivəsindəki ilk oyununda meydan sahibi Belarusa 0:2 hesabı ilə uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest