Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, TFF I Liqa klubu Ərtuğrul Sağlamla yollarını ayırıb.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, TFF I Liqa klubu Ərtuğrul Sağlamla yollarını ayırıb.

Komandanın son vaxtlar uğursuz nəticələr göstərməsi səbəbindən rəhbərlik onunla vidalaşmaq qərarına gəlib. Tərəflər qarşılıqlı razılıqla müqaviləyə xitam veriblər.

Qeyd edək ki, “Kocaelispor” 23 turdan sonra 43 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest