“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssis hələ də ümidini itirmir.

Portuqaliyalı çalışdırıcı ilk görüşdəki 2:4 hesablı məğlubiyyətə baxmayaraq, səfərə ümidlə yollanacaqlarını deyib: “Çempionatda “Farense”ni məğlub etmək inam və motivasiyanı artırmaq baxımından vacib idi. Artıq diqqətimizi “Qarabağ”la qarşılaşmaya yönəltmişik. “Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq. Mən komandama inanıram”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest