Azərbaycan Premyer Liqasının XXIII turu “Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “Səbail”lə (2:2) qarşılaşmada dubl edən forvard ölkə çempionatlarında 25-ci qolunu vurub.

Onun görüşdə birinci qolu ümumilikdə 25-ci topu olub. 28 yaşlı futbolçu bu saya çatmaq üçün çempionatda 144 oyun keçirməli olub.

Orxan Əliyev bu qolları 3 fərqli klubda vurub. O, “Sumqayıt”da 14, “Araz-Naxçıvan”da 9, “Kəpəz”də 3 dəfə fərqlənib. Hücumçu ölkə çempionatları tarixində ən azı 25 qol vuran 124-cü futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest