Braziliya prezidenti Lula da Silva sosial şəbəkədə əfsanəvi futbolçu və məşqçi Mario Zaqallonun vəfatına münasibət bildirib. Matc.az xəbər verir ki, o, ölkə daxilində matəm elan edib.

Prezident bildirib ki, 3 günlük matəm olacaq: “Mario Zaqallonun xatirəsinə ölkədə üç günlük rəsmi matəm elan edilib”.

Qeyd edək ki, Mario Zaqallo dörd dəfə dünya çempionu olub: iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970), bir dəfə köməkçi məşqçi (1994) kimi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest