07 Yanvar 2024, 11:52
FUTBOL
“Roma” “Yuventus”un mərkəz müdafiəçisi Din Heyseni heyətinə qatıb. Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu paytaxt klubunda icarə əsasında çıxış edəcək.
18 yaşlı niderlandlının icarə müddəti mövsümün sonuna qədərdi. Ancaq “canavarlar”ın onu birdəfəlik transfer etmək hüququ olmayacaq.
Qeyd edək ki, Din Heysen 2021-ci ilin yayında “Malaqa”dan “Yuventus”a keçib və turinlilərin gənclər komandalarında çıxış edib.