“Yanvarın 12-də hazırlığa başlayacağıq. 2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal klubunun baş məşqçisi Vitali Borisov deyib. Gənc mütəxəssis yanvarın 15-dən fiziki yükləmələrə başlayacaqlarını söyləyib.

“Yanvarın 12-də hazırlığa başlayacağıq. 2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal klubunun baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis yanvarın 15-dən fiziki yükləmələrə başlayacaqlarını söyləyib: “Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq”.

O, heyətdə dəyişikliklər olacağını da vurğulayıb: “Erik Dannilo, Xətai Bağırov və İsa Atayev komandadan ayrılıb. Biz də bu boşluqları doldurmalıyıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdu. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest