07 Yanvar 2024, 11:28
FUTBOL
"Leypsiq"in hücumçusu Timo Verner bu mövsümün sonuna qədər icarə əsasında "Tottenhem"ə keçməyə yaxındır.
Matc.az xəbər verir ki, Almaniya təmsilçisi futbolçunun tam transfer qiymətini isə 20 milyon avro dəyərində təyin edib.
Cari mövsümdə Verner "Leypsiq"in heyətində 14 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.