Fernando Dinis Braziliya millisinin baş məşqçisi istefaya göndərilib. 

Matc.az xəbər verir ki, Dinisin işdən çıxarılması ilə bağlı qərarı Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriges verib.

Qeyd edək ki, 49 yaşlı Dinis həm də "Fluminense"nin baş məşqçisidir. O, postları birləşdirmişdi. Dinisin rəhbərliyi altında Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində 6 oyun keçirib. Onlarda braziliyalılar iki qələbə qazanıb, üç məğlubiyyət alıb və bir dəfə heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest