"Vissel Kobe" hücumameyilli yarımmüdafiəçi Xuan Matanın komandanı tərk etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspan müqaviləsinin müddəti başa çatdığı üçün klubu tərk edib. Futbolçu açıqlamasında deyib: “Çox şadam ki, tarixi bir anın - klubun çempionatdakı ilk qələbəsinin bir hissəsi oldum. Birlikdə yaşadığımız anları heç vaxt unutmayacağam”.

Qeyd edək ki, Mata 2023-cü il sentyabrın 3-də "Vissel Kobe"yə keçib. Komandanın tərkibində o, cəmi 1 matçda iştirak edib. Meydanda cəmi 15 dəqiqə keçirib. Futbolçu əvvəllər "Valensiya", "Çelsi", "Mançester Yunayted" və "Qalatasaray"da çıxış edib. İspan Çempionlar Liqasının qalibi və ikiqat Avropa Liqasının qalibidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest