"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola jurnalistlərin qışda mümkün klub transferləri ilə bağlı suallarını cavablandırıb.
Matc.az xəbər verir ki, çalışdırıcı yerli mətbuata müsahibə verib:
- Klaudio Eçeverri ilə müqavilə imzalayacağınız barədə söz-söhbətlər gəzir?
-Klub mənə bu barədə heç nə deməyib. Mənim məlumatım yoxdur. Mən heç bir danışıq aparmamışam.
- Fillips yanvarda gedəcəkmi?
- Bilmirəm. Sadəcə dedim ki, o, son beş gündü xəstədir. Ona görə də məşq edə bilmir. Qalanı, transfer bazarı, mən dəfələrlə demişəm, bilmirəm. Orada nə baş verirsə, o da olacaq. Mən burada heç nə proqnozlaşdırmaq fikrində deyiləm, çünki oyunçuların nə istədiyini bilmirəm. Bəzilərini tanıyıram, bəzilərini tanımıram.
- Fillips tərk edən yeganə oyunçu olacaq?
- Bilmirəm. Transfer pəncərəsindən danışmıram. Bilmirəm, 10 oyunçu alacağıq, ya yox, 10 oyunçudan qurtulacağıq. bilmirəm. Görünür, ötən mövsüm olduğu kimi, eyni oyunçularla başlayıb, eyni oyunçularla bitirmişik. Ola bilsin ki, bir transfer ola bilər, amma bunun baş verəcəyini düşünmürəm, amma kim bilir”.