"Real Madrid" "Sevilya"nın müdafiəçisi Xuanlo Sançesin çıxışını yaxından izləyir.
 
Matc.az xəbər verir ki, "kral klubu" 2015-ci ildən oyunçunun performansı ilə bağlı hesabatlar alır. Madrid klubu karyerası boyu mərkəzi yarımmüdafiə, cinah və müdafiəçi mövqelərində oynamış oyunçunun çox yönlülüyünü bəyənir. Sançes İspaniyanın U-16, U-17, U-18, U-19 və U-21 milli komandalarında çıxış edib.
 
"Real" yayda Xuanlanı münasib qiymətə almaq niyyətindədir. "Los Blankos" futbolçunun klub sistemi daxilində inkişafına, eləcə də gələcəkdə Daniel Karvaxalı əvəz edə biləcəyinə inanır. Sançesin sərbəst qalma qiyməti 20 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest