30 Dekabr 2023, 15:00
FUTBOL
"Beşiktaş" Türkiyə Superkubokunun "Qalatasaray" - "Fənərbaxça" matçını öz stadionunda oynamağı təklif edib.
Matc.az xəbər verir ki, oyun əvvəlcə dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi, lakin yerli hakimiyyət orqanları klubların bəzi istəklərini rədd etdiyi üçün matç təxirə salındı.
İstanbuldakı "Vodafone Park" arenası 42 mindən çox tamaşaçı tutur.