30 Dekabr 2023, 10:12
FUTBOL
“Real” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün yanvarda son cəhdini edəcək. Matc.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi futbolçuya 2022-ci ildə olan şərtləri təklif edəcək.
“Kral klubu” ilə müqavilə imzalasa, Mbappe vergilərdən sonra ildə 26 milyon avro qazanacaq və 130 milyon avro imza bonusu alacaq.
Qeyd edək ki, Kilian Mbappe parislilərin heyətində bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub, 2 məhsuldar ötürmə verib.