29 Dekabr 2023, 22:40
FUTBOL
“Vest Hem"in baş məşqçisi David Moyes klubu ilə mümkün müqavilənin uzadılması mövzusunda danışıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Mən burada işlədiyim atmosferdən çox razıyam. Klubda işləməyi sevirəm. Burada hər kəs həqiqətən mənə dəstək olur və kömək edir. Mənim əla oyunçu komandam var. Onu dörd il ərzində yaratdıq. Biz ən aşağıdan yuxarıya doğru getmişik. Belə davam edə bilsək, əla olar. Mən əminəm ki, müqavilənin uzadılması məsələsi vaxtında həll olunacaq".
Qeyd edək ki, mütəxəssisin klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.