Prosesin hazırlıq iclası gələn ilin yanvarın 9-na təyin edilib. İşə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sabiq rəhbəri Şəfəq Hüseynli keçmiş iş yerini, eləcə də Gənclər və İdman Nazirliyini məhkəməyə verib. Matc.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinə işə bərpa və əmək haqqı tələbi ilə üz tutub.

Prosesin hazırlıq iclası gələn ilin yanvarın 9-na təyin edilib. İşə hakim Aytən Novruzovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, AMADA 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı. Bu ilin oktyabrında isə AMADA-da rəhbər dəyişikliyi edilib. Millət vəkili Nigar Arpadarai qurumun Müşahidə Şurasının sədri seçilib, Təhminə Tağızadə isə AMADA-nın icraçı direktoru təyin edilib. Şəfəq Hüseynli isə vəzifəsindən kənarlaşdırılıb.

 
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest