"Fənərbaxça" heyətini gücləndirmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İstanbul təmsilçisi "Yuventus"un hücumçusu Moyse Kini transfer etmək istəyir. Baş məşqçi İsmail Kartal rəhbərlikdən 23 yaşlı oyunçunun transferini tələb edib. Türkiyə klubu oyunçunu 6 aylıq icarəyə götürmək istəyir. Transfer üçün qarşı tərəfə 2 milyon avro təklif olunacaq.

Qeyd edək ki, Kini "Yuventus"la 11 oyuna çıxıb, qol və assistə imza ata bilməyib. "Yuventus" Kini 30 milyon avroya "Everton"dan almışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest