"Real”In keçmiş baş məşqçisi və Fransa millisinin əfsanəsi Zinəddin Zidan müsahibəsində pərəstiş etdiyi sevimli idmançıların adlarını çəkib.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib:  “Mən gecələr qalxıb Mayk Taysonun döyüşlərinə baxırdım. Mən həmişə onunla xüsusi bir şey əlaqələndirirəm. Səhər üç-dörddə durursan və dava dəqiqələrlə davam edir. Çox xoşuma gəlir. Həm də bütün zamanların ən yaxşı idmançılarından biri Maykl Cordandır. Üçüncü idmançı isə artıq aramızda olmayandır. Bu, Məhəmməd Əlidir”.

Qeyd edək ki, Zidan daha bir nəfərin adını çəkərək siyahıya davam edib: “Formula 1-də Ayrton Sennanı çox bəyəndim. Mənim gənc vaxtlarım idi. O, çox erkən getdi (1994-cü ildə). Lakin o, fenomen idi”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest