"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın agenti İvan Cuqeli İtaliya klubu ilə müqavilənin yenilənməsi ilə bağlı aparılan danışıqlar prosesindən söz açıb.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Bizi tezliklə vacib xəbərlər gözləyir. Di Laurentiis sözünün üstündə durur. Xviça daha yaxşısına layiqdir və tezliklə onun həddən artıq böyüməsi təmin ediləcək. Onun gözəl günləri hələ qarşıdadır".

Qeyd edək ki, Kvaratsxeliyanın yeni müqaviləsi 2028-ci ilə qədər olacaq və maaşı ildə 4 milyon avro nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest