Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez AVRO-2024-ün seçmə mərhələsində İslandiya ilə oyunun (2:0) nəticələrini şərh edib.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Gələn il insanlar inkişaf etmək istəyən diqqətli bir komanda görməlidirlər. Oyunçularımız inanılmaz dərəcədə yüksək səviyyəlidir və komanda yüksək rəqabətlidir. Dünyanın ən yaxşı oyunçularına qarşı böyük turnirlərdə hər şey xırda nüanslardan asılıdır. Nəticələr həmişə bizdən asılı deyil. Amma biz oyuna nəzarət edə bilirik və son on qarşılaşmada oyunun ən yüksək səviyyədə olduğunu gördük”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest