Ağır çəkili boks üzrə dünya çempionu, britaniyalı Tayson Fyurinin atası Con Fyuri keçmiş dünya çempionu Mayk Taysonun MMA döyüşçüsü Frensis Nqannunu hazırlaşdırmaq qərarına gəlməsindən narazılığını bildirib. 

Matc.az xəbər verir ki, amerikalı keçmiş UFC çempionunu Fyuri ilə döyüşə hazırlayır. Bu barədə yerli mətbuata açıqlama verib: "Mayk Tayson, mən zirvəyə qalxacağam, sən isə satqınsan. Mən bunu gələn həftə Səudiyyə Ərəbistanında ona deyəcəyəm! Tayson Fyuri geri addım atmayacaq". 

Furi ilə Nqannu arasında döyüş 28 oktyabr 2023-cü ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək. Rəqiblər boks qaydalarına uyğun döyüşəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest