"Liverpul" müdafiəçisi Trent Aleksander-Arnoldla bağlı qərarını verib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ulduz futbolçunun müqaviləsini yeniləyəcək.
 
Tərəflər arasında danışıq artıq müsbət yekunlaşıb. İngiltərə millisinin üzvü tezliklə yeni sazişə qol çəkəcək. Razılığa əsasən, 24 yaşlı cinah oyunçusunun həftəlik qazancı 230 min avro olacaq.
 
Qeyd edək ki, Aleksander-Arnold bu mövsüm 5 oyunda 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest