Ukrayna millisi çimərlik futbolu üzrə dünya çempionatında iştirak etməmək qərarını elan edib.
Matc.az xəbər verir ki, bu məlumat Gənclər və İdman Nazirliyinin Ukrayna idmançılarının Rusiya və Belarus idmançılarının da iştirak etdiyi beynəlxalq yarışlarda iştirakını qadağan edən göstərişinə istinad edən Ukrayna çimərlik Futbolu Assosiasiyasının mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl Ukrayna çimərlik Futbolu Assosiasiyası və Ukrayna Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyasına (FİFA) və ümumdünya çimərlik Futbolu Təşkilatına Belarus millisinin turnirdə iştirakdan kənarlaşdırılması xahişi ilə müraciət etmişdi. Lakin bu tələb beynəlxalq futbol qurumları tərəfindən rədd edilib. çimərlik futbolu üzrə Dünya Kubokunun 2024-cü il fevralın 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılır.