"Tottenhem"in hücumçusu İvan Perişiç klubu tərk edə bilər. Matc.az xəbər verir ki, zədə səbəbi ilə sıradan çıxan 34 yaşlı futbolçu yanvarda komandasını dəyişəcək.
Bu barədə "The Sun" məlumat yayıb. Onun uşaqlıq komandası "Hayduk Split"ə qayıdacağı bildirilir.
Qeyd edək ki, xorvatiyalı forvard "Tottenhem"ə keçən il "İnter"dən keçib.