Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" növbəti görüşünə çıxıb. Bəxtiyarın komandası dogma meydanda "Adanaspor"la qarşılaşıb. Matç ev sahibi komandasının qələbəsi ilə yekunlaşıb – 2:1. Azərbaycanlı futbolçu meydana start heyətdə başlayıb və sonacan mübarizə aparıb. Oyunçu 70-ci dəqiqədə vurduğu qol "Tuzlaspor"a 3 xal qazandırıb.

Qeyd edək ki, "Tuzlaspor" 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest