Qadınlarda isə FIDE reytinqinin ikinci pilləsində qərarlaşan hindistanlı Hampi Koneru və üçüncü yerin sahibi çinli Yu Venyun da yarışda mübarizə aparacaq.

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları gündən-günə artır. Matc.az saytı xəbər verir ki, artıq kişilərdə 206 şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin paytaxtımıza təşrif buyuracağı dəqiqləşib.
 
Dünyanın ən reytinqli şahmatçısı Maqnus Karlsenin də Bakıya gələcəyi artıq təsdiqlənib. Həmçinin rusiyalı Yan Nepomnyaşi də iştirakçılar sırasında yer alacaq.
 
Qadınlarda isə FIDE reytinqinin ikinci pilləsində qərarlaşan hindistanlı Hampi Koneru və üçüncü yerin sahibi çinli Yu Venyun da yarışda mübarizə aparacaq.
 
Qeyd edək ki, 29 iyul – 24 avqust aralığında keçiriləcək Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollar olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest