Klub rəhbərliyinin adıçəkilən legionerlərlə yeni müqavilə danışığı artıq müsbət yekunlaşıb. İndi yalnız rəsmi sazişə qol çəkmək qalır.
"Kəpəz" əcnəbi futbolçuları ilə bağlı qərarını qətiləşdirib. Matc.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi səkkiz legionerindən altısını komandada saxlamağı bacarıb.
öncədən də xəbər verdiyimiz kimi, xorvatiyalı qapıçı Mario Mustapiç və fransalı hücumçu Salif Sisse "Kəpəz"də qalmayacaq. Ancaq digər əcnəbilərin hamısı ilə bağlı fərqli qərar verilib.
Belə ki, müdafiəçi Yeqor Xvalko (Belarus), yarımmüdafiəçilər Martins Junior (Braziliya), Ahmed Ayzaya (Nigeriya), Giorgi Kantariya, Mate Kvirkviya (hər ikisi Gürcüstan) və hücumçu Abdullahi Şuaybi (Nigeriya) növbəti mövsümü də "sarı-göy" formada keçirəcək.
Klub rəhbərliyinin adıçəkilən legionerlərlə yeni müqavilə danışığı artıq müsbət yekunlaşıb. İndi yalnız rəsmi sazişə qol çəkmək qalır.
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında 2022-23 mövsümünü 8-ci pillədə başa vurub.