İspaniya millisinin baş məşqçisi Luis De la Fuente Argentina yığmasının lideri Lionel Messinin 39 yaşlı olmasının onun oyununa heç bir təsir göstərmədiyini hesab edir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, ispaniyalı mütəxəssis ulduz futbolçunun oyununu yüksək qiymətləndirib: "Messi sanki 19 və ya 23 yaşındaymış kimi görünür. O, müstəsna səviyyədə çıxış edir. Məsələ artıq yalnız onun təcrübəsində deyil, hər şeydən əvvəl işinə olan sadiqliyindədir. O, yorulmazdır, heç vaxt əldə etdikləri ilə kifayətlənmir. Hər gün, hər an həmişə daha çoxuna can atır. O, bütün komanda yoldaşları, futbolsevərlər və bu idman növünə yeni başlayan hər kəs üçün bir nümunədir".

Xatırladaq ki, İspaniya yığması 2026-cı il dünya çempionatının 1/4 finalında Belçika ilə qarşılaşacaq. Messi və Argentina millisi ilə görüş isə yalnız final mərhələsində mümkündür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest