"Mançester Yunayted" "Sanderlend"in yarımmüdafiəçisi Noa Sadikini yaxından izləməkdə davam edir.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Bildirilir ki, Birmingem təmsilçisi 21 yaşlı futbolçunun yaxınlarına cari yay transfer pəncərəsində onu satmaq niyyətində olmadıqlarını bildirib.

"Sanderlend"in baş məşqçisi Rejis Le Bris klub rəhbərliyinə geridə qalan mövsümdəki uğurları daha da inkişaf etdirmək üçün lazımi şəraitin olduğunu çatdırıb. Mütəxəssis bunun reallaşması üçün komandanın əsas özəyinin qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Sadiki ötən mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc oyunçunun klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında onun transfer dəyəri 35 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest