Yeni mövsümdən etibarən I Liqada çıxış edəcək klubun sükanı arxasına Ramiz Məmmədov gətirilib.

"Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ötən mövsüm Premyer Liqada mübarizə aparan, lakin yeni mövsümdən etibarən I Liqada çıxış edəcək klubun sükanı arxasına Ramiz Məmmədov gətirilib. 57 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb.

Təcrübəli çalışdırıcının son iş yeri "Mingəçevir" klubu olub.

Qeyd edək ki, Ramiz Məmmədov məşqçilik karyerası ərzində daha əvvəl "Şamaxı", "Qəbələ" və Qazaxıstanın "Atrau" komandalarını da çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest