10 İyul 2026, 11:00
FUTBOL
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ppaytaxt təmsilçisi Serbiyanın "Radniçi Niş" kollektivi ilə qarşılaşacaq.
Yuri Vernidubun rəhbərlik etdiyi komandanın oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Xatırladaq ki, "ağ-qaralar" Sloveniya toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama görüşlərində Serbiya "Partizan"ına 0:1, Rumıniyanın "ÇFR Kluj" klubuna isə 1:2 hesabı ilə məğlub olub.













