İngiltərə millisinin üzvü ikinci dəfə bir mövsümdə 30 qol həddinə çatıb. O, Premyer Liqa tarixində bunu bacaran ikinci oyunçudu.

İngiltərə Premyer Liqasında dünən keçirilən oyunlarla mövsüm başa çatıb. Matc.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Haland 36 qolla çempionatın bombardiri olub.

İkinci yerdə 30 qolla "Tottenhem"in forvardı Harri Keyn qərarlaşıb. İngiltərə millisinin üzvü ikinci dəfə bir mövsümdə 30 qol həddinə çatıb. O, Premyer Liqa tarixində bunu bacaran ikinci oyunçudu. 30 yaşlı forvard 2017-18 mövsümündə də bunu reallaşdırıb.

"Nyukasl"ın əsanəvi futbolçusu Alan Şirer isə 3 dəfə - 1993-94, 1994-95 və 1995-96 mövsümlərində 30 qola çatmaqla rekordu ələ keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest