Azərbaycanın daha bir para-atleti Rüfət Rəfiyev iyulda Fransanın paytaxtı Parisdə keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya qazanıb.
 
Matc.az xəbər verir ki, o, İsveçrənin Notvil şəhərində keçirilən qran-pridə bürünc medal əldə etməklə buna nail olub.
 
Rəfiyev nüvə itələmə (F36) üzrə 13.68 metr nəticə göstərərək, üçüncü yerə sahib çıxıb.
 
Xatırladaq ki, daha əvvəl yığmanın digər üzvləri Rasim Yaxin, ömər Bozbaxov və Səid Nəcəfzadə də qran-pridə uğur qazanmaqla dünya çempionatında iştirakı təmin etmişdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest