"Latsio" İtaliya A Seriyasının 27-ci turunda "Roma"nı məğlub edib (1:0). Matc.az xəbər verir ki, "qartallar" 2011/12 mövsümündən sonra (11 il) ilk dəfə ölkə çempionatının hər iki matçında (1:0, 1:0) "canavarlar" üzərində qələbə qazanıblar.
 
"Latsio" hazırda İtaliya çempionatının turnir cədvəlində 52 xalla ikinci, "Roma" isə 47 xalla beşinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest