29 Yanvar 2023, 19:09
FUTBOL
İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin fransalı hücumçusu Usman Dembele sıradan çıxıb.
O, La Liqanın 19-cu turu çərçivəsində baş tutan “Jirona” ilə oyunda zədələnib.
Dərhal tibbi müayinədən keçirilən futbolçunun ombasından aldığı zədənin ciddi olduğu müəyyənləşib. Bu üzdən o, azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq.