"Beşiktaş" "Roma"nın mərkəz hücumçusu Tammi Abrahamı heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "transfermarkt.com.tr" paylaşıb.

Bildirilir ki, İtaliya A Seriyası təmsilçisi ilə bağlanmış müqaviləyə əsasən, 27 yaşlı ingilis futbolçu 2025/2026 mövsümünü icarə əsasında İstanbul klubunda keçirəcək.

"Beşiktaş" "Roma"ya 2 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədəki məcburi alış bəndi yerinə yetirilərsə, futbolçunun transfer haqqı 13 milyon avro təşkil edəcək. Bu məbləğ 2026-2030-cu illər arasında hissə-hissə ödəniləcək.

Qeyd edək ki, ötən mövsümü "Milan"da icarə əsasında keçirən Abraham 28 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest