İtaliya Futbol Federasiyası "Breşiya"nı peşəkar klub statusundan məhrum edib və klubu peşəkar liqalardan kənarlaşdırmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, komanda gələn mövsüm C Seriyasında oynamayacaq.

1911-ci ildə yaradılan klub cari çempionatın sonunda B Seriyasından aşağı liqaya düşüb. Oyunçulara və heyətə maaş verilmir. Eyni adlı şəhərdən olan komandanın ümumi borcu 3 milyon avrodur. "Breşiya"nın sahibi Massimo Çellino İtaliya klubunun azarkeşləri ilə çoxsaylı münaqişələrdən sonra bu məbləği ödəməkdən imtina edib.

Qeyd edək ki, Roberto Baccio, Xosep Qvardiola, Andrea Pirlo və Sandro Tonali kimi futbolçular müxtəlif illərdə bu klubun formasını geyiniblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest