03 İyul 2025, 12:21
FUTBOL
"Liverpul"un və Portuqaliya millisinin hücumçusu Dioqo Jota avtomobil qəzasında həlak olub.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Hadisə İspaniyanın Zamora əyalətində baş verib. Qəzada 28 yaşlı futbolçu ilə birlikdə onun qardaşı da dünyasını dəyişib.
Qeyd edək ki, Dioqo Jota "Pasuş Feyeyra", "Atletiko", "Portu" və "Vulverhempton"da çıxış etdikdən sonra 2020-ci ilin yayında "Liverpul"a transfer olunub. O, Portuqaliyaa yığmasının heyətində keçirdiyi 49 oyunda 14 qol vurub.