"Lill"dən ayrılan Conatan Devid karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kanadalı hücumçu "Yuventus"un müqavilə şərtlərini qəbul edib. Devid illik 6,5 milyon avro maaş və 1,5 milyon avro bonus qazanacaq. 25 yaşlı forvard Turin klubu ilə 5 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, Conatan Devid ötən mövsüm "Lill"in heyətində keçirdiyi 49 oyunda 25 qol vurub, 12 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest