03 İyul 2025, 20:28
FUTBOL
"Brentford" "Feyenoord"un 20 yaşlı yarımmüdafiəçisi Antoni Milambonun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçi ilə daha bir mövsüm uzatmaq imkanı ilə 5 illik müqavilə imzalanıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.
Transfer İngiltərə klubuna 17 milyon funt-sterlinqə başa gəlib və 4,25 milyon funt-sterlinqə qədər mümkün bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm Milambo "Feyenoord"un heyətində 43 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 2025-ci il Avropa Gənclər Çempionatında Niderlandın U-21 yığmasında 3 oyun keçirib, lakin qol vurmayıb.