"Fənərbaxça"nın müdafiəçisi Mert Müldür Almaniya Bundesliqasında çıxış edə bilər.

Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bayer" türk futbolçunu transfer etmək istəyir.

Leverkuzen təmsilçisinin baş məşqçisi Erik ten Haq 26 yaşlı sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır. "Bayer" yaxın günlərdə oyunçu üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Mert Müldür ötən mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 46 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest