03 İyul 2025, 15:54
FUTBOL
"AZ Alkmar"ın futbolçusu Cayden Addai karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Komo" niderlandlı vingeri transfer edəcək. A Seriyası təmsilçisi 19 yaşlı futbolçu üçün onun klubuna 14 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Cayden Addai ötən mövsüm "AZ Alkmar"ın heyətində keçirdiyi 35 oyunda 10 qol vurub, 4 qol ötürməsi edib.