04 İyul 2025, 01:41
FUTBOL
"Lion" Liqa 2-yə düşməmək üçün iyulun 10-dək hesabında 100 milyon avro vəsait olmalıdır.
Matc.az xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb.
Bildirilir ki, həmin gün Fransa Futbol Federasiyasının maliyyə tənzimləyicisinin apelyasiya komissiyası klubun yarışdan kənarlaşdırılması məsələsinə baxacaq.
Bundan əlavə, "Lion" mövsüm boyu öhdəlikləri ödəmək üçün lazım olan 100 milyon avrodan çox əlavə zəmanət verməli olacaq. Klub məbləğin hamısını bir dəfəyə ödəmək məcburiyyətində deyil, lakin bu vəsaitin ödəniləcəyinə təminat verməlidirlər.