"Neftçi" hücumçu Mateus Saldanyanı transfer edib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu ilə 1 il müddətinə icarə müqaviləsi bağlanıb. 23 yaşlı forvard heyətində 9 nömrəli formanı geyinəcək.

Yaponiyanın "JEF Yunayted çiba" (2021-...) klubuna məxsus olan Mateus Saldanya bunadək Braziliya "Bahia"sı (2020-2022) və icarə əsasında çin "çendu Sinçen"ində (2022) çıxış edib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Höccət Haqverdini və yarımmüdafiəçi Kilan Lebonu transfer edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest