"Bütövlükdə əla oynadıq. Yalnız bəzi anlarda rəqib bizə çətin anlar yaşatdı. Cənubi Amerika futbol yenə yüksək səviyyədə olduğunu göstərdi. Avropa futbolu ilə müqayisə aparmaq istəmirəm"

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni Qətərdə təşkil olunmuş dünya çempionatında Fransa yığmasına qarşı keçirdikləri oyunu (3:3, penaltilər 4:2) şərh edib. Matc.az xəbər verir ki, o, dünya çempionu olduqları matçdan sonra bunları söyləyib:
 
"Bu, həzz almaq üçün bir andır. Biz çətinliyə öyrəşmişik, ona görə də bunun öhdəsindən gələ bilirik. Zirvədə olmaq unikaldır, inanılmaz həzzdir. Atam və anam mənə heç vaxt təslim olmamağı, heç kimə qarşı çıxmamağı, amma həmişə irəli getməyi öyrətdi. Burada olduğum üçün şanslıyam və tanrıya minnətdaram. Qürur hiss keçirirəm. Matç başlayana qədər heç həyacanlı deyildim. Amma oyun ərzində qəlbim yerindən çıxacaq kimi oldu.
 
Bütövlükdə əla oynadıq. Yalnız bəzi anlarda rəqib bizə çətin anlar yaşatdı. Cənubi Amerika futbol yenə yüksək səviyyədə olduğunu göstərdi. Avropa futbolu ilə müqayisə aparmaq istəmirəm. 
 
Penalti seriyasından öncə futbolçulara sonadək optimist qalmağı söylədim. İnamımızı bir an da olsun, itirmək olmazdı. Bizim əla qapıçımı zvar. O, 11 metrlik zərbələrdə necə usta olduğunu göstərdi.
 
Komandam bu gün Argentina xalqı üçün oynadı. öz ölkən üçün oynamaq böyük sevincdir. Bu komanda ölkəmizi qürurlandırdı. İnsanlarımıza bu sevinci yaşatdığımız, dünya çempionu olduğumuz üçün qürurluyuq. Tarixi bir an yaşadıq. İndi sabaha qədər əylənmək vaxtıdır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest