Mundiallar tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pottsonun göstəricisinə şərik çıxıb. Təcrübəli mütəxəssis bu görüşlərdə 6 qələbə qazanıb, 3 dəfə sülhə razılaşıb.

Niderland millisinin baş məşqçisi Lui van Qal vaxtilə İtaliya yığmasına rəhbərlik etmiş Vittorio Pottsonun rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, 71 yaşlı mütəxəssis buna Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda Ekvadorla 1:1 hesablı heç-heçə etməklə nail olub.
 
Mundiallar tarixində baş məşqçi kimi 9-cu matçında da uduzmayan van Qal Pottsonun göstəricisinə şərik çıxıb. Təcrübəli mütəxəssis bu görüşlərdə 6 qələbə qazanıb, 3 dəfə sülhə razılaşıb.
 
Pottso isə 1934 - 1938-ci illər ərzində İtaliya yığmasında 8 qələbə, 1 bərabərliklə yadda qalıb.
 
Qeyd edək ki, Niderland millisi ilk 2 turdan sonra 4 xalla Ekvadorla birliklə 1-2-ci yerləri bölüşdürür. "Narıncılar" qrupda son matçını ev sahibi Qətərə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest