"Öz yolumuzdayıq, qrup mərhələsinin başa çatmasına az qalıb. Qrup qalibi ola bilərik, bu bizim məqsədimiz olmalıdır"

"Mən əsəbi deyiləm. Bu oyunda özümüzü göstərməli idik. Komandanın əhval-ruhiyyəsindən razıyam. İlk iki müdafiə xəttini keçmək çətin olan rəqiblə oynadıq. Düşünürəm ki, oyuna nəzarət edirdik, lakin son mərhələdə bir az kəskinlik çatışmırdı. ABŞ sərt, yaxşı, atletik rəqibdir. İrana qarşı oyundakı yüksək səviyyəni təkrar etməyin çətin olacağını bilirdim". Matc.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Dç-2022-nin qrup mərhələsinin II turunda ABŞ-la oyunu (0:0) şərh edərkən deyib.

O, Dç-2022 zamanı  çox səs-küy olacağını bildirib: "Əminəm ki, çempionatda çox səs-küy olacaq. Bu, səs-küy turniridir. öz yolumuzdayıq, qrup mərhələsinin başa çatmasına az qalıb. Qrup qalibi ola bilərik, bu bizim məqsədimiz olmalıdır".

Qeyd edək ki, İngiltərə 4 xalla B qrupunda liderdir. Yığma 3-cü turda noyabrın 29-u Uelslə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest