ötənlərin məşhur braziliyalı futbolçusu Ziko Argentina yığması haqda danışıb. Matc.az xəbər verir ki, o, bu komandanın lideri Lionel Messini tənqid edib.
 
"Messi komanda yoldaşları ilə danışmayan bir kapitandır. Onun liderlik keyfiyyətləri yoxdur. O, yalnız Messi olduğu üçün kapitan sarğısını taxır" – deyə, Ziko bildirib.
 
Qeyd edək ki, Argentina dünya çempionatının ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzub. Messinin komandası sabah Meksika ilə qarşılaşacaq.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest